Bakı İlahiyyat Kolleci Gəncədə tələbələr üçün “Qış məktəbi” təşkil edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kolleci dekabrın 25-dən 28-dək tələbələr üçün “Qış məktəbi” təşkil edəcək. Komitənin mətbuat xidmətindən SİA-ya bilirilib ki,Gəncədə keçiriləcək “Qış məktəbi”nin əsas məqsədi kollec tələbələrini milli-mənəvi və dini dəyərlər mövzusunda maarifləndirmək, ölkəmizin tarixi və ənənələri haqqında məlumatlandırmaq, həmçinin maddi-mədəni irs nümunələrimiz ilə tanışlıqdır. Üç gün davam edəcək layihə çərçivəsində ekspertlərin iştirakı ilə müxtəlif mövzularda seminar və müzakirələr təşkil ediləcək, tələbələr arasında intellektual yarışlar keçiriləcək.

Bundan başqa, Azərbaycanın qədim şəhəri olan Gəncənin tarixi, mədəni-dini abidələrinə - Heydər Əliyev park-kompleksi, “İmamzadə” ziyarətgah kompleksi, Nizami Gəncəvinin məqbərəsi, “Şah Abbas” məscidi, Cavadxan türbəsi və “Cümhuriyyət binası”na ekskursiyalar olacaq, Şəhidlər Xiyabanı ziyarət ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə