Məktəblilər erkən nikahın fəsadlarına dair maarifləndirilib - FOTOLAR

Bakı məktəblərində “Erkən nikahın və qohumlar arasında nikahın fəsadları” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya bildirilib ki, görüşlərdə rayon icra hakimiyyətləri və polis idarələrinin nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Maarifləndirici tədbirlərdə iştirakçılara erkən nikah və qohum evliliyi, müvafiq problemlərin səbəbləri, fəsadları, bu məsələlərə dünyada və ölkəmizdəki yanaşmalar, qanunvericilik aktları və bu sahədə həyata keçirilən işlər barədə ətraflı məlumat verilib. Çıxışlarda erkən nikahın sosial-psixoloji fəsadları, qohum evliliyinin səbəb olduğu ağır nəticələr və bu problemlərin gənc nəsil üçün yaratdığı təhlükələrdən danışılıb.

Həmçinin tədbirlərdə iştirakçılara erkən nikahın qarşısının alınması üçün əsas məqamlar barədə məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə