Bu gün elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qusar rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Quba, Qusar və Xaçmaz rayon sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ünvanlayıblar.
Nazir müavini vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə