Azərbaycan Dövlət İqtisad Universitetinin elmi jurnalı olan “UNEC Journal of Engineering and Applied Sciences” (UNEC JEAS) Scopus bazasında indekslənib. Sevindirici haldır ki, jurnal UNEC-in ilk müraciəti əsasında, Scopus tərəfindən heç bir irad olmadan beynəlxalq bazada indekslənib.
“UNEC JEAS” jurnalı beynəlxalq standartlara uyğun olaraq, 2023-cü ildən Rəqəmsal Obyekt İdentifikatorları (DOI) üçün rəsmi qeydiyyat agentliyi olan Crossref-in rəsmi üzvüdür və dərc edilən bütün məqalələrə agentlik tərəfindən təsdiq olunmuş DOI-lər verilir. Jurnal Crossref-lə yanaşı, qısa zamanda Index Copernicus, WorldCat, Google Scholar, Eurasian Scientific Journal Index, Cite Factor, Directory of Research Journals Indexing, Cosmos Impact Factor, Scientifi Indexing Service bazalarında da indekslənib.
Jurnalın 2024-cü ildəki daha bir uğuru nüfuzlu “Chemical Abstract Service” (CAS) bazasına daxil edilməsi olub. Nəşrə başlandığı ilk gündən jurnalda ümümilikdə 57 elmi məqalə dərc olunub. Dərc olunmuş 37 məqaləyə Scopus və Web of Science bazalarında indekslənmiş jurnallardakı məqalələrdən 160-dan çox istinad edilib.
2021-ci ilin dekabr ayından yayımlanan “UNEC Journal of Engineering and Applied Sciences” jurnalı www.unec-jeas.com veb səhifəsi üzərindən, eləcə də çap versiyasında buraxılır. Jurnal ildə iki dəfə olmaqla (may və dekabr aylarında), dərc edilir. Jurnalın baş redaktoru UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Rövnəq Rzayevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə