"Bu tip videoları qız tələbələr çəkir və doğru yanaşma deyil" - TƏHSİL EKSPERTİ NARAZILIQ ETDİ
“Sözü gedən paylaşımlarla bağlı onu deyə bilərəm ki, mən onu təqdir eləmirəm. Çünki ümumiyyətlə bu cür münasibətlərə ehtiyac yoxdur. Hansısa bir müəllimə şokolad paylamaq, hədiyyə etmək. Bu tip münasibətlər təqdirə layiq deyil”. Bu sözləri son zamanlar trend olan videolarla bağlı SİA-ya danışan sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, sosial şəbəkələr üçün bunu etmək mənasızdır: "Nəyinki real həyatda, heç sosial mediada da bu cür videoların çəkilib paylaşılması düzgün deyil. Çünki müəllimə üçün tələbənin ən böyük hədiyyəsi dərs tapşırıqlarını yerinə yetirmək, onun bacarıq və biliklərini mənimsəmək və əmək bazarında onu təqdim etməkdir. Əgər müəllimin tələbəsi, şagirdi əmək bazarında layiqli yer tuta bilirsə, bu müəllimə üçün ən böyük hədiyyədir. Bu tip videoları xüsusilə qız tələbələr çəkir. Bu doğru yanaşma deyil. Tələbə ən böyük hədiyyəni tədris intizamı ilə və müəllimin bilik və bacarıqlarını mənimsəyərək cəmiyyətə töhfə verməklə sərgiləməlidir”.
Seyranə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə