Quba filialında Beynəlxalq Müəllimlər Günü böyük təntənə ilə qeyd olunub - FOTOLAR
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təntənələri ədəbi-bədii proqram təşkil olunub. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Heydər Əliyev irsində müəllim nüfuzu” mövzusunda ədəbi-bədii proqram barədə ümumi məlumat verilib. ADPU-nun Quba filialının doktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev vurğulayıb ki, əziz bayramları münasibəti iləəməkdaşları təbrik edərək vurğulayıb ki, bir müəllimin ölkəyə və xalqa müəllim yetişdirməsi xoşbəxtlik və bəxtəvərlikdir.
Çıxışında ulu öndər Heydər Əliyevin müəllimlər barədə söylədiyi ibrətamiz ifadələri xatırladan direktor əminliklə bildirib ki, yaxın gələcəkdə ADPU-nun Quba filialının yetirmələrinin sədaları daha uca zirvələrdən gələcək.
Rəhbərlik etdiyi təhsil ocağının strateji hədəflərindən bəhs edən dosent Yusif Alıyev qeyd edib ki, magistr təhsili alan filialın məzunlarının sorağının nüfuzlu alim məktəblərdən, eləcə də xarici ölkələrdən eşidilməsi kollektiv əməyin nəticəsidir və hər bir əməkdaşın bundan qürurlanmağa mənəvi haqqı var. ADPU-nun Quba filialında qarşıdakı 2025/2026-cı tədris ili üçün ixtisas seçimində daha böyük cəlbedicilik yaratmaq üçün səylə çalışmaq lazımdır.
Sonra müəllim əməyinin ümummilli sərvət olduğunu tərənnüm edən bədii proqram olub.
Sonda filialın bir qrup əməkdaşına gənclərin təlim-tərbiyə işlərindəki səmərəli fəaliyyətlərinə, o cümlədən elmi-pedaqoji sahədə nailiyyətlərə görə, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Fəxri Diplomlar təqdim olunub.
SƏBİNƏ
Bütün xəbərlər Facebook səhifəmizdə