Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilir - YENİLƏNİR

ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilir. SİA xəbər verir ki, Beynəlxalq Forum Elm və Təhsil Nazirliyi, Dünya Təhsil Forumu və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və ADA Universitetinin təşkilatçılığı, “Azərbaycan müəllimi” qəzeti, Təhsil TV və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formada reallaşır.

Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə "yaşıl təhsil" ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə