“Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərgi...

Oktyabrın 2-də dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərginin təqdimatı olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Milli Kitabxanadan bildirilib ki, virtual sərgidə “Yaşıl dünya naminə həmrəylik ili”, COP29 Beynəlxalq Konfransı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu ekoloji siyasət, yaşıl iqtisadiyyat, yaşıl inkişaf, ekologiya və davamlı inkişaf, ekologiyanın qorunması və müasir problemləri və s. haqqında Azərbaycan və xarici dillərdə məqalələr və ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Yasil_dunya_namine/index.htm linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü ildə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə