"Qarabağ Universitetində təhsil almaq hər bir tələbə üçün fəxrdir"

Dünən cənab Prezidentlə görüşdük. Universitetin ilk tələbələrindən biri kimi bu görüşdə olmaq məndə çox böyük sevinc hissi yaratdı.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Qarabağ Universitetinin tələbəsi Zenfira Nəsirova deyib.

“Prezidentlə görüşdə Qarabağ Universiteti ilə bağlı fikirlərimizi söylədik. Qarabağ Universitetindən gözləntilərimiz yüksəkdir. Yataqxananın şəraiti çox yaxşıdır. Qarabağ Universitetində təhsil almaq hər bir tələbə üçün fəxrdir. Əminəm ki, Qarabağ Universiteti gələcək illərdə yüksək nüfuzlu ali məktəblərdən birində çevriləcək”, – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə