Çin Sosial Elmlər Akademiyasının vitse-prezidenti Qao Venşunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. SİA xəbər verir ki, rektor Elçin Babayev qonaqlara universitetin tarixi, strukturu, beynəlxalq əlaqələri, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, 25 minə yaxın tələbəsi olan BDU-nun 16 fakültəsi, bir kolleci, bir liseyi, Qazax filialı fəaliyyət göstərir. Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir.
Çin Sosial Elmlər Akademiyasının vitse-prezidenti Qao Venşu Çində təhsil almaq istəyən azərbaycanlı tələbələrə təhsil təqaüdlərinin ayrılmasında maraqlı olduqlarını bildirib. Qeyd edib ki, akademiyada təhsil ingilis və Çin dillərində həyata keçirilir.
Tərəflər arasında tədris, elmi tədqiqat və sosial fəaliyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə