Bağçalarda çalışan ali təhsilli pedaqoji işçilərin sayı artıb

Azərbaycanda fəaliyyət göstərən 1857 dövlət və qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 2024-cü ilin əvvəlinə uşaqların sayı 116 min 325 nəfər olub. 2006-cı ildə isə 1764 məktəbəqədər təhsil müəssisəsinə 111 min 17 uşaq cəlb olunub. SİA xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2024” adlı rəsmi statistik məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, həmin təhsil müəssisələrində 17 min 163 pedaqoji işçi çalışır. Onların 36,3 faizi ali təhsillidir. Ötən il isə 17 min 286 nəfər pedaqoji işçidən 35,9 faizi ali təhsilli olub. 2006-cı ildə bu rəqəm 23,1 faiz təşkil edib. Bu isə bağçalarda çalışan ali təhsilli pedaqoji işçilərin sayının artığını göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə