"Türkiyə Maarif Vəqfinin ən güclü olduğu ölkə Azərbaycan olmalıdır" - İdarə Heyətinin sədri

"Bakıda bir məktəbimiz var və hələ ki, az şagirdimiz var". SİA xəbər verir ki, bu sözləri Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi prof.dr. Ahmet Emre Bilgili deyib.

Onun sözlərinə görə, ikinci korpus da tikilir: "Sentyabrda hazır olacaq. Biz məqsədlərimizi daha da tez və yaxşı yerinə yetirəcəyik. Bakıda daha güclü olmalıyıq. Azərbaycanın lideri ilə Türkiyənin lideri bir-birlərini qardaş elan ediblər. Ona görə də Maarif Vəqfi Azərbaycanda daha da güclənməlidir. Azərbaycanlı qardaşlarımızdan uşaqlarını Maarif Vəqfinə gətirmələrini istəyirik. Biz də onlara verdiyimiz sözü yerinə yetirəcəyik. Böyük təşkilatıq, ən önəmlisi gizlimiz yoxdur. İki dövlət, tək millətik. Maarif Vəqfinin ən güclü olduğu ölkə Azərbaycan olmalıdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə