"Müəllimlər qəhrəman olmazsa, sinifdən qəhrəman çıxmaz" - AHMET EMRE BİLGİLİ

"Maarif Vəqfi 7 il əvvəl qurulduqda dövlət vəqfi olaraq quruldu". SİA xəbər verir ki, bu sözləri Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi prof.dr. Ahmet Emre Bilgili deyib.

Onun sözlərinə görə, Maarif Vəqfinin 7 nümayəndəsi Prezident tərəfindən təyin olunur: "Maarif Vəqfi qlobal təhsil quruluşudur. Dünyanın 52 ölkəsində 8 min müəllimi, 53 min şagirdi ilə qlobal təhsil mərkəzidir. Bu sadəcə İstanbuldan idarə olunur, amma bütün dünyaya təhsil vermək üzrə təşkil olunur. Daha böyük iddiamız zirvəyə çıxmaq və orada qalmaqdır. Müəllimləri sinifin qəhrəmanı etmək istəyirik. Onlar qəhrəman olmazsa, sinifdən qəhrəman çıxmaz".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə