Son 4 ayda ümumdaxili məhsulumuz 7,2 faiz artıb - İQTİSADÇI AÇIQLADI

"Hazırda Azərbaycan iqtisadiyyatına təsir edən amil ənənəvi neft-qaz sektoru və bu sektordan gələn vəsaitlərin yatırılmasıdır". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, ümumi şəkildə iqtisadiyyatın 1/3-i neft-qaz sektoru ilə formalaşıb: "Digər 2/3-i isə qeyri-neft-qaz sektoru ilə formalaşıb. Eyni zamanda da həm büdcə xərclərində neft-qaz sektorundan gələn gəlirlər əhəmiyyətli pay təşkil edir, həm də neftdən gələn gəlirlərin büdcəyə transfer şəklində köçürülməsi mühüm rol oynayır. Yəni büdcənin neftdən asılılığı 50 faizin üstündə olaraq qalır. Bununla paralel olaraq qeyri- neft sənayesi də inkişaf etməkdədir. Kənd təsərrüfatında da inkişaf meyilləri hiss olunur. Neft sektorundan gələn gəlirlərin qeyri-neft sektoruna yatırılması öz bəhrəsini verməyə davam edir. Son dövrlərdə həm qeyri-neft sənayesində, həm də kənd təsərrüfatı sahəsində artımlar müşahidə olunur. Son 4 ayda ümumdaxili məhsulumuz 7,2 faiz artıb. Bunun 0,2 faizi neft sektoru hesabınadır, 11,4 faizi isə qeyri-neft-qaz sektoru hesabınadır. Ümumi şəkild bu dövrdə 2,7 faiz sənayedə, 4 faiz isə kənd təsərrüfatında artım müşahidə olunub. İqtisadiyyatın əsas maliyyə mənbəyi neft-qaz sektoru olsa da son dönəmlər qeyri-neft-qaz sənayesinə edilən yatırımlar qeyri-neft-qaz sektorunda ixracı artırıb. Həm də bu sahədə məşğulluğu və iqtisadiyyatı artırıb".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...