"Bu sahəyə ayrılacaq vəsaitlərin artacağını planlaşdırmaq olar" - İQTİSADÇI AÇIQLADI

2020-ci ilin büdcəsindən işğaldan azad olunmuş ərazilərdə bərpa işləri və kommunikasiyaların açılması məqsədi ilə 2.2 milyard manatın ayrılması nəzərdə tutulur. Bu 2021-ci ilin büdcəsində ayrılan vəsaitlə eynidir. Yəni 2021-ci ildə də işğaldan azad olunmuş ərazilərin bərpasına və kommunikasiyaların açılmasına eyni məbləğ ayrılmışdı. Yəni eyni templə, eyni rəqəmlərlə ayrılmış vəsaitlərdir. Bunu SİA-ya açıqlamsaında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, bu barədə qeyd edib ki: "Əsas məsələ, təbii ki, ilkin olaraq minaların təmizlənməsi, təhlükəsizliklə bağlı məslələrin həlli və çox vacib olan kommunikasiya xətlərinin, əsasən də yolların, tunellərin, körpülərin tikilməsidir. Çünki kommunikasiya xətləri olmasa təmir-bərpa işlərini aparmaq mümkün deyil. Buna görə də, bu tendensiya hələ bir müddət davam edəcək. Nəinki, 2022-ci il, hətta 30-cu ilədək hər il bu məqsədlə büdcədən vəsait əlavə edilməli olacaq. Mən düşünürəm ki, hətta getdikcə rəqəmlərin sayının artmasına ehtiyac olacaq. Buna görə də, indidən bu sahəyə ayrılacaq vəsaitlərin artacağını planlaşdırmaq olar".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə