CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 30-da 80,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel çoxdur.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 79,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,36 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 75,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,34 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 78,82 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə