Qurban bayramı ilə əlaqədar ətin qiymətinin gündəlik monitorinqi keçiriləcək

Qurban bayramı ilə əlaqədar ətin qiymətinin gündəlik monitorinqi keçiriləcək
Azərbaycanda və bütün müsəlman aləmində noyabrın 16-17-də Qurban Bayramı qeyd ediləcək. Bu bayramla əlaqədar, ətə tələbatın artmasını nəzərə alaraq, süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və regionlarda ətin qiymətinin gündəlik monitorinqini keçirəcək.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək. Bununla əlaqədar, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ət satışını həyata keçirən təsərrüfat subyektlərini süni qiymət artımına yol verməməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə