Dünya bazarında neft ucuzlaşmaqda davam edir. SİA-nıpn xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,47 dollar azalaraq 36,32 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,41 dollar azalaraq 38,26 dollar olub.
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,07 dollar yaxud 5,01% ucuzlaşıb. Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 39,22 dollara bərabərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə