2025-ci ildə Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub

Bu haqda bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov məlumat verib. O qeyd edib ki, ötən il bankın tarixində ilk sindikatlaşdırılmış kredit sazişi imzalanıb. Körfəz regionunun aparıcı bankı olan “Mashreq Bank”la əməkdaşlıq çərçivəsində Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub. Bank həmçinin, ötən il Özbəkistanın ən böyük IT ekosistemi ilə tərəfdaş olub. “Uzum” ekosisteminə daxil olan “MAKESENSE” şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayırılıb. Bu əməkdaşlıqla Kapital Bank-ın tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat krediti ayrılıb.
Filip Kotlerin kitabında Birbank haqqında məqalə dərc olunacaq
Kapital Bank-ın rəqəmsallaşmadakı təcrübəsi dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin yeni hazırlanan “Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing-EOMM) kitabında yer alacaq. Bu haqda məlumatı bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov bu gün keçirilən mətbuat konfransında verib.

Bütün xəbərlər Facebook səhifəmizdə