Masazırda 2 kilometr uzunluğa malik yol təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda əsaslı təmir işlərinə start verilib.

AAYDA-dan SİA-ya bildirilib ki, 2 hərəkət zolaqlı avtomobil yolunun uzunluğu 2 kilometr, eni isə 9 metrdir.

Təmir işləri zamanı yol boyu zəruri sahələrdə yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri aparılmaqla yeni yol əsası inşa edilir. Eyni zamanda, yararsız asfalt-beton örtüyü frezlənərək kənara daşınır.

Bundan başqa, vətəndaşların rahat hərəkətinin təmin edilməsi məqsədilə yol boyunca mövcud piyada səkisi də bərpa olunur. Aparılan əsaslı təmir işləri yekunlaşdıqdan sonra yolun istismara tam yararlı vəziyyətə gətirilməsi, nəqliyyat vasitələrinin və piyadaların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə