Əmtəə bazarlarında qızıl ucuzlaşır, gümüş isə bahalaşır

Əmtəə bazarlarında qızıl ucuzlaşır, gümüş isə bahalaşır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,11% azalaraq 3 413,6 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə 0,14% artaraq 36,5 ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə