ADSEA müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) “Asan xidmət”, “ASAN kommunal” mərkəzlərinə və “KOB evi”nə bu ilin 5 ayı ərzində daxil olan müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb. SİA xəbər verir ki, ADSEA-dan bildirilib ki, statistikaya əsasən 14 xidmət istiqaməti üzrə 78 min 813 müraciət daxil olub. Bunlardan 75 min 615 müraciətə baxılıb və xidmət göstərilib. 3 min 198 müraciət isə müəyyən səbəblərdən ləğv və ya imtina edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə