ÜTT-yə üzvlük çərçivəsində Azərbaycan ilə Çin arasında protokol imzalanacaq - FOTOLAR
Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük çərçivəsində Azərbaycan ilə Çin arasında protokol imzalanacaq. İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, bu barədə müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin Çinə səfər çərçivəsində bu ölkənin ticarət nazirinin müavini Yan Donq ilə görüşündə aparılıb.
ÜTT-yə üzvlük prosesi çərçivəsində mallar və xidmətlər üzrə ikitərəfli müzakirələr aparılıb. Müzakirələr nəticəsində ÜTT-yə üzvlük çərçivəsində ölkəmizlə Çin arasında mallar və xidmətlər üzrə danışıqlar yekunlaşdırılıb.Görüşdə qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin möhkəm təməllər üzərində qurulduğu vurğulanıb. İki ölkə arasında inkişaf edən ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib.
Səfər çərçivəsində nazir müavini elektrik enerjisinin ötürülməsi və bərpa olunan enerji üzrə ixtisaslaşmış TBEA şirkətinin baş icraçı direktoru Sonq Hui ilə görüşüb.
Görüşdə Azərbaycanda biznes mühiti, sərmayədarlar üçün yaradılan imkanlar haqqında məlumat verilib. Tərəflər əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə