ADSEA-nın xidmət istiqamətləri üzrə daxil olan müraciətlərin sayı
Bu ilin yanvar-may aylarında "Asan xidmət", "ASAN kommunal" mərkəzlərinə və "KOB evi"nə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) fəaliyyət istiqamətləri üzrə 14 xidmət istiqaməti üzrə 78 813 müraciət daxil olub. Bu barədə SİA-ya ADSEA-dan məlumat verilib.
Bildirilib ki, statistikaya əsasən, bunlardan 75 615 müraciətə baxılıb və xidmət göstərilib. 3198 müraciət isə müəyyən səbəblərdən ləğv və ya imtina edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə