Azərbaycan və Tacikistan torpaq idarəçiliyi və kadastr sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan və Tacikistan torpaqların idarə edilməsi və kadastrı sahələrində əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparıb. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, qurumun rəisi Mətin Eynullayev Tacikistanın Dövlət Torpaq İdarəetmə və Geodeziya Komitəsinin sədri Orif Xocazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə olunub, torpaqdan istifadə və mühafizəyə dövlət nəzarəti, daşınmaz əmlakın qeydiyyatı, kadastr və geodeziya sahələrində təcrübə mübadiləsi aparılıb.
Tərəflər reyestr və kadastr məlumatlarının səmərəli istifadəsi, milli məkan məlumatları infrastrukturunun yaradılması və digər mümkün əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə