Qlobal Texnologiya Forumu – GTR2025 çərçivəsində keçirilən “Sabahın işçi qüvvəsinin bacarıqlarının artırılması” adlı panel sessiyasında 4SİM-in Təhsilin İnkişafı Fondu və "Coursera" ilə birgə həyata keçirdiyi “Milli Proqram” təqdim olunub.
Paneldə iştirak edən 4SİM-in icraçı direktoru Fariz Cəfərov proqramın məqsədinin ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək vermək olduğunu bildirib.
Tədbirdə Koreya, Qətər, Malayziya və digər ölkələrdə bu modelin tətbiqi ilə bağlı müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə