Azərbaycanın Ümumdünya Poçt İttifaqının İdarəetmə Şurasına namizədliyi nəzərdən keçiriləcək
7-19 sentyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresində Azərbaycan təmsil olunacaq. Bu barədə SİA-ya "Azərpoçt" MMC-dən bildirilib.
Məlumata görə, konqreslə bağlı Bakıda hazırlıq tədbiri keçirilib.
Hazırlıq tədbirində “Azərpoçt” MMC-ni İdarə heyətinin vəzifəsini icra edən İsi Mustafayev və İdarə heyətinin üzvü Elgün Rəsulov təmsil edib.
Qeyd edilib ki, Azərbaycanın ÜPİ-nin İdarəetmə və Poçt Əməliyyatları Şurasına 2026-2029-cu illər üçün namizədliyi irəli sürülüb.
Konqresdə Azərbaycanın təşkilatın İdarəetmə Şurasına, eləcə də Poçt Əməliyyatları Şurasına namizədliyi nəzərdən keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə