Naxçıvanda banklara xarici valyutada qoyulan əmanətlərin həcmi 2 dəfədən çox artıb

Bu il mayın 1-nə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklarda əmanətlərin həcmi 29 milyon 544,9 minmanat təşkil edib. SİA bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 51,6 % çoxdur.

Əmanətlərin 93,4 %-i və ya 27 milyon 593 min manatı milli valyutada, 6,6 %-i və ya 1 milyon 951,9 min manatı isə xarici valyutada qoyulub.

Son 1 ildə milli valyutada olan əmanətlərin məbləği 48,6 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 2,1 dəfə artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə