AMB ötən il 4 sığorta şirkətini və 4 sığorta brokerini hərtərəfli yoxlayıb

2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 4 sığorta şirkətində və 4 sığorta brokerində hərtərəfli yoxlamalar həyata keçirib. Bu barədə SİA-ya qurumdan bildirilib.

Bundan başqa, məlumata görə, ötən il ölkə Pprezidentinin 31 yanvar 2024-cü il tarixli fərmanı əsasında Dövlət Sığorta Kommersiya Şirkəti - "Azərsığorta" ASC-yə, eləcə də könüllü müraciət əsasında “Bakı Sığorta” ASC-yə verilmiş lisenziyalar ləğv edilib, sığortalıların və kreditorların hüquqlarını qorumaq məqsədilə mütəmadi nəzarət tədbirləri həyata keçirilməkdədir.

Həmçinin hesabat ilində sığorta sektoru üzrə beynəlxalq qanunvericiliyə və sığorta prinsiplərinə uyğun olaraq hazırlanan bir sıra normativ-hüquqi sənədlər təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə