Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Qəbələdə vətəndaşları qəbul edəcək. SİA komitəyə istinadən xəbər verir ki, vətəndaş qəbulu iyunun 12-də saat 10:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, Həzi Aslanov küçəsi 21) baş tutacaq.
Qəbul zamanı Qəbələ, Şəki, Oğuz, İsmayıllı və Ağsu rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə