İnvestorlar üçün risklərin azaldılması nəzərdə tutulub - KOMİTƏ SƏDRİ

Azərbaycanda "İstilik təchizatı haqqında" qanunun qəbul edilməsi ilə ilk növbədə texniki itkilər və resurs israfı azaldılacaq.SİA xəbər verir ki,bunu Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov komitənin ictimai dinləməsi zamanı bildirib.

Onun sözlərinə görə, yeni qanun xidmətin keyfiyyətinin artırılmasına, sosial obyektlərin və yaşayış fondunun fasiləsiz istiliklə təmin edilməsinə, ətraf mühitə təsirin azaldılmasına, enerji effektiliyinin artırılmasına, dövlət və özəl sektor arasında funksional tərəfdaşlıq modelinin qurulmasına, innovasiya və rəqəmsallaşma imkanlarının genişləndirilməsinə, "ağıllı sayğacı"və uçot sisteminin qurulmasına imkan verəcək.

"Sənəddə investorlar üçün risklərin azaldılması, onlar üçün sabit mühitin yaradılması da nəzərdə tutulub", - deyə deputat əlavə edib.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə