Abşeron rayonunu Masazır qəsəbəsi "Qurtuluş 93” ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 04.06.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bu barədə SİA-ya "Azəriqaz” İB-dən bildirilib. Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" və "Park Xırdalan" yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə