Azərbaycan Pakistanla enerji layihələrinə investisiya imkanlarını müzakirə edib - FOTO
Azərbaycan və Pakistan arasında enerji infrastrukturu layihələrinə investisiya imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, Pakistanın federal energetika naziri (neft məsələləri üzrə) Ali Pervaiz Malik ilə görüşüb.
Görüşdə enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə