Şərurun bir neçə kəndində qaz olmayacaq

Şərur rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə olacaq. SİA-nın məlumatına görə, yeni siyirtmə quraşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun Çərçiboğan, Arbatan, Çomaxtur və Xələc kəndlərində qaz təchizatı iyunun 2-də saat 14:00-dan müvəqqəti dayandırılacaq.

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə