Türkiyənin tanınmış "Seranit" və "Zivella" markaları Bakıda forum keçirib - YENİLƏNİB/ FOTOLAR
Bu gün Bakı Konqres Mərkəzində Türkiyənin ilk keramik plitə markası Seranit və ofis mebeli sektorunda Türkiyənin aparıcı brendlərindən biri olan Zivellanın təşkilatçılığı ilə InVision Design Talks & Visionary Design Forum tədbiri keçirilib. SİA xəbər verir ki, forum Azərbaycan və Türkiyə Respublikasının Dövlət Himnlərinin səslənməsi ilə başlayıb, daha sonra Azərbaycan şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbir 13:00-dan 18:30-dək davam edib və memarlıq, sənaye dizaynı və şəhərsalma sahələrinin aparıcı nümayəndələrini bir araya gətirib. Forum çərçivəsində iştirakçılar yaşayış məkanları, şəhərlər və obyektlərin dizaynı sahəsində uzaqgörən fikirləri müzakirə etmək üçün unikal platformada birləşiblər. Tədbirin əsas məqsədi dizayn sahəsində fəaliyyət göstərən mütəxəssislərlə gələcəkdə dizaynın rolunu yenidən müəyyənləşdirmək olub.
Forumda Türkiyə və Azərbaycandan Designist Mimarlık, Gönye Mimarlık, Aslı Mimarlık, Design Bureau, Fosil Design, Manarch kimi öndə gələn şirkətlərin rəhbər heyəti çıxış edib. Tədbirdə “Design Stories That Make Life Easier”, “Spaces That Shape Life”, “Integrating Lifestyle, Work and Hospitality in Design”, “Designing Tomorrow”, “Brand Value and Spatial Identity” və “Industrial Design: Everyday Objects, Extraordinary Impact” kimi mövzular müzakirə olunub.
Seranit və Zivellanın rəhbərləri tədbirdə çıxış edərək öz fikirlərini bildiriblər. Zivellanın rəhbəri çıxışında bildirib:
“Hörmətli dostlarımız, hamınız tədbirə xoş gəlmisiniz. Bu tədbir yalnız bir şəhərin simvolu deyil, ortaq tariximizin, mədəniyyətimizin və qardaşlığımızın sərhədlərini birləşdirən bir simvoldur. Fərdi olaraq, təxminən 20 ildir ki, bu torpaqlarda yalnız komanda işi deyil, həm də ofislərdə qalacaq yanaşma ilə bir həyat tarixçəsi yaratmağa çalışırıq. Bu gün işıqlandırdığımız ortaq tədbir iki markanın ortaq vizyonunun güclü əksidir. Buna görə də bu gün yalnız danışmaq yox, dinləmək, ilham almaq və birlikdə düşünmək istəyirik”.
Həmçinin Türkiyənin və Azərbaycanın tanınmış memarları öz layihələri və təqdimatları ilə iştirakçılara dəyərli məlumatlar veriblər. Forum dizayn və memarlıq sahəsində yeniliklərin, ideyaların müzakirəsi və əməkdaşlığın inkişafı üçün əhəmiyyətli platforma olaraq dəyərləndirilib. Tədbir həmçinin regionda sənaye dizaynının gələcək perspektivlərinə işıq tutub və bu sahədə tərəfdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verib.
Bu gün Bakı Konqres Mərkəzində Türkiyənin ilk keramik plitə markası Seranit və ofis mebeli sektorunda Türkiyənin aparıcı markalarından biri olan Zivellanın təşkilatçılığı ilə forum keçirilib. SİA xəbər verir ki, forum ilk olaraq Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnlərinin səslənməsi ilə başlayıb. Daha sonra Azərbaycan şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Forum çərçivəsində iştirakçılar yaşayış məkanları, şəhərlər və obyektlərin dizaynı sahəsində uzaqgörən fikirləri müzakirə etmək üçün unikal bir platformada birləşib. Tədbirin əsas məqsədi bu sahədə fəaliyyət göstərən mütəxəssislərlə dizaynın gələcəkdəki rolunu yenidən müəyyənləşdirmək olub.
Forumda Seranit və Zivellanın rəhbərləri öz sözləri ilə çıxış edib. Həmçinin Türkiyənin və Azərbaycanın tanınmış memarları iştirakçılara öz layihələri və sözləri ilə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə