AMB ADIF-ə kredit qoyuluşunu 24 % azaldıb

Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) Əmanətlərin Sığortalanması Fonduna (ADIF) verdiyi kreditlərin ümumi məbləği 163,945 milyon manat olub. SİA bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 24,25 % azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə