2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta xidmətlərinə 2 milyon 241 min manat xərcləyib. SİA bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 44,2 % çoxdur.
AMB-nin sığorta xərclərinin 758 min manatı icbari tibbi sığorta üzrə ayırmalardır ki, bu da illik müqayisədə 18,4 % çoxdur.
Xərclərin qalan 1,483 milyon manatı isə ənənəvi sığorta üzrə ayırmalardır. Bu isə 1 il əvvələ nisbətən 66,45 % çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə