Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatı müvəqqəti dayandırılacaq

Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Zirə qəsəbəsindəki qaz xəttinin kipliyə sınaq olunması məqsədi ilə 22.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. "Həmin müddətdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə