\"Jedward\" qrupu stolların üzərində - FOTO

\"Jedward\" qrupu stolların üzərində - FOTO

İrlandiyanının builki təmsilçiləri olan əkiz qardaşlardan ibarət \"Jedward\" qrupu yenə də hamını təəccübləndirməyi bacarıb. SİA-nın məlumatına görə, təmsilçilər ikinci məşqlərini uğurla başa vurublar. Məşqin ardınca mətbuat konfransına qatılan qardaşlar stolun üzərinə çıxaraq maraqlı rəqs nümayiş etdiriblər.

Jurnaslistlərin suallarını da elə stulların üzərində cavablandırıblar: \"Həyəcan var. Əlbəttə ki, bu bizim üçün çox önəmlidir\".

Əkiz qardaşlar müsabiqənin ən yaraşıqlıları seçilməsinə isə belə cavab veriblər: "Bu sadəcə çox əladır. Ümid edirik ki, yarışmada da birinciliyi qazanarıq".

"Əgər bu il qazanmasaq belə, gələn il yenə də seçimlərdə iştirak edəcəyik. Axı niyə də olmasın?!",- deyə \"Jedward\" qrupu əlavə edib.

Çılğın qardaşlar bu qədər enerjiyə sahib olmaqlarının səbəblərini də açıqlayıblar: "Hər gün 2 eyni insan yuxudan oyanır. Bununla yanaşı, bizi əhatə edən hər şey enerjimizi daha da artırır".

Bütün xəbərlər Facebook səhifəmizdə