Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx
Görkəmli maarifçi, pedaqoq, publisist, tərcüməçi və naşir Seyid Rza Əlizadə 1887-ci il fevralın 15-də Səmərqənd şəhərinin Bağışamal məhəlləsində dünyaya gəlib. İpəkçilik və xalça ticarəti ilə məşğul olan Mirmöhsünün ailəsində böyüyən Seyid Rza Əlizadə əslən Azərbaycandan idi. Ailəsi uzun illər Səmərqənddə yaşasa da, Azərbaycanla mənəvi və mədəni bağlarını qoruyub saxlayıb.
O, ilk təhsilini Səmərqənddə azərbaycanlı alim Şeyx Əbülqasım əl-Gəncinin təsis etdiyi məktəbdə alıb, təhsilini başa vurduqdan sonra burada müəllimlik fəaliyyətinə başlayıb. Daha sonra altı il mədrəsədə təhsil alaraq bir sıra Şərq və Avropa dillərinə yiyələnib. Geniş dil biliyi onun pedaqoji, publisistik və tərcüməçilik fəaliyyətinin formalaşmasında mühüm rol oynayıb.
XX əsrin əvvəllərində Türküstanda genişlənən cədidçilik hərəkatına qoşulan Seyid Rza Əlizadə təhsilin yenilənməsini, dünyəvi elmlərin tədrisini və əhalinin savadlandırılmasını ictimai tərəqqinin əsas şərtləri hesab edirdi. O, köhnə tədris üsullarını tənqid edir, yeni üsullu məktəblərin yaradılmasını və müasir dərsliklərin hazırlanmasını müdafiə edirdi.
Onun təşəbbüsü ilə 1907-ci ildə Səmərqənddə “Həyat”, 1908-ci ildə isə “Yeni həyat” adlı yeni tipli məktəblər açılıb. Bu məktəblərdə ənənəvi fənlərlə yanaşı, tarix, coğrafiya, riyaziyyat, həndəsə və təbiət elmləri də tədris edilirdi.
O, mətbuatı maarifçilik ideyalarının yayılması və ictimai şüurun formalaşdırılması üçün mühüm vasitə hesab edirdi. O, Türküstan, Qafqaz və Hindistanda nəşr edilən qəzet və jurnallarda çoxsaylı məqalə, felyeton və şeirlərlə çıxış edib.
Onun yazıları “Səmərqənd”, “Yeni Səmərqənd”, “Səmərqənd səsi”, “Zərəfşan”, “Hürriyyət”, “Türküstan xəbərləri”, “Əməkçilərin səsi”, “Buxarayi-şərif” və “Turan” qəzetlərində, həmçinin “Ayna”, “Məşrəb” və “Molla Müşfiqi” jurnallarında dərc olunub. O, Mahmudxoca Behbudi ilə əməkdaşlıq edərək “Səmərqənd” qəzetinin və “Ayna” jurnalının hazırlanmasında iştirak edib. “Ayna” jurnalında məsul katib vəzifəsində çalışdığı dövrdə məktəb və mədrəsələrdəki köhnə tədris sistemini tənqid edən, təhsilin islahına dair təkliflər irəli sürən məqalələr yazıb.
Bu əsərlərin bir hissəsi Türküstanla yanaşı, İran, Əfqanıstan, Pakistan və Hindistandakı təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə edilib. Mənbələrdə Lahor şəhərində Seyid Rza Əlizadənin 33 kitabının saxlanıldığı, bunlardan 13-nün orijinal əsər, 20-nin isə tərcümə olduğu göstərilir.
S.R.Əlizadə tərcüməçilik fəaliyyəti ilə də məşğul olub, rus və dünya ədəbiyyatının bir sıra nümunələrini tacik və fars dillərinə çevirib. Onun tərcümələri arasında Puşkin, Ostrovski, Epton Sinkler, Abdulla Qədiri və Jül Vernin əsərləri xüsusi yer tutur.
Seyid Rza Əlizadə daha sonra “Şərq” qəzetini nəşr etmiş, 1916-cı ildə “Teleqraf xəbərləri” adlı nəşrin əsasını qoyub. 1917-ci ildən “Hürriyyət” qəzetində tərcüməçi və müxbir kimi çalışıb.
Seyid Rza Əlizadənin fəaliyyətində Azərbaycanla əlaqələr mühüm yer tutub. O, müxtəlif illərdə Azərbaycana səfər edib, burada ədəbi və mədəni mühitlə tanış olub, şair, yazıçı və maarifçilərlə görüşüb.
1906-cı ildə Qafqaza səfəri zamanı Mirzə Ələkbər Sabirlə tanış olub. Sonrakı dövrdə Sabirin yaradıcılığının Türküstanda tanıdılmasına çalışıb. Şair xəstələndikdə Mahmud Behbudi, Hacı Müin, İsmayıl Axundov və digər Səmərqənd ziyalıları ilə birlikdə maddi yardım toplayaraq ona göndərib. Sabirin 1911-ci ildə vəfat etməsi Səmərqənd ziyalıları arasında böyük hüznlə qarşılanmışdır.
Seyid Rza Əlizadə Qafqazda türk dilində nəşr olunan “İrşad”, “İqbal” və “Molla Nəsrəddin” kimi mətbuat orqanları ilə də əməkdaşlıq edib. O, bu nəşrlərə məqalələr göndərməklə yanaşı, onların Səmərqənddə yayılmasına kömək östərib.
Üzeyir Hacıbəyli ilə qohumluq əlaqəsi olan Seyid Rza Əlizadə Bakı səfərləri zamanı bəstəkarla görüşüb və onun əsərlərinin Türküstanda təbliğinə xüsusi əhəmiyyət verib. Onun təşəbbüsü ilə 1918-ci ildə Səmərqənddə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları, “Arşın mal alan” və “O olmasın, bu olsun” musiqili komediyaları tamaşaya qoyulub. Seyid Rza Əlizadə bu tamaşaların hazırlanmasında və səhnələşdirilməsində iştirak edib.
O, Abdulla Şaiqlə birlikdə “Yeni Azərbaycan əlifbası” adlı dərslik də hazırlayıb. Bu vəsait Azərbaycan məktəblərində istifadə edilib.
1937-ci ildə Sovet İttifaqında həyata keçirilən siyasi repressiyalar zamanı Seyid Rza Əlizadə Səmərqənd Dövlət Universitetində çalışdığı dövrdə həbs edilib. O, antisovet fəaliyyət və casusluqda ittiham olunub.
İstintaq zamanı onun barəsində irəli sürülən ittihamları təsdiq edən kifayət qədər sübut aşkar edilməyib. Səmərqənd Vilayət Məhkəməsi və Özbəkistan Ali Məhkəməsi istintaq materiallarında cinayət tərkibinin yetərli olmadığını bildirsə də, Seyid Rza Əlizadə azad edilməyib.
Dörd il davam edən istintaqdan sonra 1941-ci il sentyabrın 16-da ona beş il həbs cəzası verilib. O, Səmərqənd, Daşkənd, Tobolsk və Vladimir həbsxanalarında saxlanılıb. Cəza müddəti başa çatdıqdan sonra da “təhlükəli şəxs” hesab edilərək həbsdə saxlanması davam etdirilib.
Seyid Rza Əlizadə həbsxanada olduğu müddətdə də maarifçilik fəaliyyətini dayandırmayıb, məhbuslara və həbsxana əməkdaşlarına müxtəlif dillər öyrədib.
Uzunmüddətli həbs və ağır şərait onun səhhətinə ciddi təsir göstərib. Seyid Rza Əlizadə 1945-ci il dekabrın 24-ü Vladimir həbsxanasında vərəm xəstəliyindən vəfat edib.
1957-ci ildə Seyid Rza Əlizadəyə ölümündən sonra bəraət verilib. 1987-ci ildə nəvəsi Fərhad Əlizadənin təşəbbüsü ilə onun nəşi Vladimir şəhərindən Səmərqəndə gətirilərək Pəncab qəbiristanlığında dəfn olunub.
Səmərqənddə Seyid Rza Əlizadənin adını daşıyan küçə və məhəllə mövcuddur.
Özbəkistanın paytaxtı Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Seyid Rza Əlizadə ilə bağlı hazırladığı videoçarxı təqdim edirik:
Xəbər lenti
“Bu, bioloji silah sınağı ola bilər…”
Dünya 19:06Krionika ölümə qalib gələ bilərmi?
Səhiyyə 18:2718 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir...
Sosial 18:14Rusiya XİN: Husilərlə əlaqələrimiz davam edir
Dünya 17:54Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb
Siyasət 17:50Gəncədə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
Hadisə 17:45Bakının Azadlıq prospektində daha bir mikromobillik zolağı təşkil olunub
İqtisadiyyat 16:43"Mərkəzi Asiya + Azərbaycan" sammiti - RAKURS
Siyasət 16:39Ali Məhkəmədə yeni təyin olunmuş hakimlər and içiblər
Siyasət 16:17Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 16:15Səhv düşəndə yerimiz - BAXIŞ BUCAĞI
Siyasət 16:08Mərdəkanın gözəlliyinə xələl gətirənlər
Sosial 15:34Babək rayonunda üçəm dünyaya gəlib
Sosial 15:05Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
Siyasət 14:04“Türk dövlətlərinin birliyi tarixi tələbatdır” - DEPUTAT
Siyasət 13:13İran MDB-yə qoşulmaq istəyir?
Dünya 12:59Qadın hərbi kursantlarla görüş olub
Sosial 12:42Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTOLAR
Siyasət 12:39Tarixi dostluğa söykənən əməkdaşlıq - MƏQALƏ
Siyasət 12:30Sabah hava əsasən yağmursuz olacaq
Sosial 12:29Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb
İqtisadiyyat 11:48Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - YENİLƏNİR
Siyasət 11:41BDYPİ-dən sürücülərə çağırış
Hadisə 11:18Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir
İqtisadiyyat 11:16Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb
İqtisadiyyat 10:42Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir
İqtisadiyyat 10:32Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:21Bu gün Culfanın bəzi kəndlərində işıq olmayacaq
Sosial 03:05"Mançester Siti" "Liverpul"u darmadağın etdi
İdman 02:21Azərbaycanda musiqiçi intihar edib
Hadisə 02:02Qazaxda "VAZ-21" yoldan keçən piyadanı vurub
Hadisə 01:22Üçüncü neft tankeri də minaya düşüb- SEPAH
Dünya 01:02Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9053
-0,21%
-
GBP
2,2514
-0,01%
-
RUB
1,9948
-0,25%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



