Milli-mənəvi dəyərlərimizin qorunması, xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə sentyabrın 6-da Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olublar.
SİA xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə keçirilən səfər “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində həyata keçirilib.
Səfərdə Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı din xadimi iştirak edib.
Səfər proqramının ilk mərhələsində qonaqlar Bakıda Azərbaycanın milli-mənəvi və dini irsini əks etdirən məkanları ziyarət ediblər. Nümayəndə heyətinin Fəxri xiyaban, Şəhidlər xiyabanı, Türk Şəhidliyi abidəsi, Bibiheybət məscid-ziyarətgah kompleksi ilə tanışlığı baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB