İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir

İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir

Şanlıurfanın tarixindən qastronomiyasına, musiqisindən mədəniyyətinə qədər bütün zənginliklərini Azərbaycanla bölüşmək və onları təqdim etmək bizim üçün böyük əhəmiyyət daşıyır. İçərişəhərdə təşkil olunan və Şanlıurfanın mədəniyyətini tanıdan festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir.

SİA xəbər verir ki, bu sözləri Yunus Əmrə İnstitutunun sədr müavini Ömər Yıldız sentyabrın 5-də “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"Tədbirin əsas məqsədi Türkiyənin zəngin dəyərlərini, mədəniyyətini və tarixi irsini dünyanın müxtəlif ölkələrində tanıtmaqdır. Azərbaycan ilə ortaq layihələrimiz isə bu istiqamətdə xüsusi yer tutur və iki qardaş ölkə arasında mədəni əlaqələrimizi daha da genişləndirir", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə