Görkəmli bəstəkar, Xalq artisti professor Tofiq Bakıxanov vəfat edib. Bu barədə mərhum Xalq artistinin ailəsindən məlumat verilib.
Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) alıb.
O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Əmək" ordenləri ilə təltif edilib.
Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqisinə, incəsənətinə saysız-hesabsız incilər bəxş edib, "Nəva", "Humayun", "Rahab", "Şahnaz", "Dügah" simfonik muğamları ilə yanaşı, digər əsərləri də musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutub. Bəstəkarın əsərləri nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində rəğbətlə qarşılanıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB