"Xəstəxanaya gedəndə yeriyə bilmirdim" - Əməkdar artistdən ETİRAF

"Xəstəxanaya gedəndə yeriyə bilmirdim" - Əməkdar artistdən ETİRAF

Əməkdar artist Kubra Əliyeva qonaq olduğu "Xəzər axşamı" verilişində səhhətindən danışıb. "İndi yaxşıyam, Allaha şükür. İki dəfə çox pis yıxılmışdım, xəstəxanaya gedəndə yeriyə bilmirdim.

1999-cu ildə üzüm iflic olmuşdu. Qurban olum Rəbbimə, ancaq üzümə vermişdi. Altı ay teatra getmədim. Hətta getdim Kürdaxanıda özümə ev tikdirdim. Dedim, yəqin ki, teatrla qurtardım. Axı çörəyimizi üzümüzlə, danışığımızla qazanırıq. Və sonra müalicəyə başladım. Üzümün simmetriyası pozulmuşdu, çünki müalicəm düzgün getməmişdi. Min şükür ki, 80 faiz bərp edə bildim".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə