“Sea Breeze”də “DREAM FEST - 2026” çərçivəsində dünyaşöhrətli əlcəzairli müğənni, “rai musiqisinin kralı” kimi tanınan Xaled Hac İbrahimin (Cheb Khaled) ulduzunun açılış mərasimi keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə sənətçinin dünya musiqisinin inkişafına verdiyi töhfələrdən, zəngin yaradıcılıq yolundan və beynəlxalq musiqi aləmində qazandığı nüfuzdan bəhs olunub.
Xaled göstərilən yüksək ehtirama görə təşkilatçılara və pərəstişkarlarına təşəkkürünü bildirib. O, Bakıda olmaqdan məmnunluğunu ifadə edərək, Azərbaycan tamaşaçıları ilə yenidən görüşməkdən böyük sevinc duyduğunu vurğulayıb.
Qeyd edək ki, “Aïcha”, “Didi” və “C’est la vie” kimi məşhur hitləri ilə tanınan Xaled rai musiqisinin dünyada tanınmasına mühüm töhfə verən sənətçilərdən biri hesab olunur.
Onu da bildirək ki, “Sea Breeze Walk of Fame” Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş ilk və yeganə Ulduzlar Xiyabanıdır. Burada 38 görkəmli şəxsiyyətin adı əbədiləşdirilib. Onların sırasında Müslüm Maqomayev, Ricky Martin, Will Smith, Nicole Scherzinger, David Foster, In-Grid, Vaqif Mustafazadə və digər dünyaşöhrətli sənətçilər yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB