Neftçala Dövlət Rəsm Qalereyasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində qalereyanın direktoru Nigar Abdullayeva və rəssam Dadaş Dadaşovun müəllifi olduqları “Sirr” adlı rəsm sərgisinin açılış mərasimi keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən verilən məlumata görə, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının rəhbərliyi, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, mədəniyyət işçiləri, rəssamlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə sərginin hazırlanma mərhələsini əks etdirən videoçarx nümayiş etdirilib. Çıxış edənlər bildiriblər ki, Azərbaycan Respublikasında elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən belə layihələr memarlıq irsinin qorunması, milli-mədəni dəyərlərin təbliği və cəmiyyətdə estetik zövqün formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çıxışlarda sərginin bədii-estetik məziyyətləri yüksək qiymətləndirilib, təsviri sənətin milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun və yaradıcı düşüncənin təbliğində mühüm rola malik olduğu vurğulanıb. Sonra iştirakçılar canlı musiqinin müşayiəti ilə sərgi ekspozisiyasına baxış keçiriblər. Sərgidə müxtəlif janr və texnikalarda hazırlanan rəsm əsərləri yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB