XV Beynəlxalq İpək Yolu Musiqi Festivalı çərçivəsində Çin Xalq Respublikasını təmsil edən Zhejiang (Cjetszyan) Tədqiqat İnstitutunun Şaocü Opera Sənəti Ansamblı “Yue operasının əbədi cazibəsi” adlı konsert proqramını təqdim edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdə Çin ənənəvi teatr sənətinin ayrılmaz hissəsi olan Şaocü və Yue operalarının özünəməxsus musiqi və ifaçılıq xüsusiyyətləri nümayiş etdirilib.
Dünyanın 20-dən çox ölkəsində uğurla çıxış edən kollektivin təqdimatı tamaşaçılar tərəfindən maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB