Qazax Dövlət Dram Teatrında “Sonrakı peşmanlıq” tamaşası nümayiş olunub

Qazax Dövlət Dram Teatrında “Sonrakı peşmanlıq” tamaşası nümayiş olunub

Qazax Dövlət Dram Teatrının hazırladığı “Sonrakı peşmanlıq” tamaşası nümayiş etdirilib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və musiqi tərtibatçısı Vüsal Hüseynov, rejissor assistenti Ceyhun Vəlizadə, quruluşçu rəssamı Samir Həsənovdur.

Rolları Ceyhun Vəlizadə, Zəmanə Dərviş, Minayə İbrahimova, Nəsimi Aşbazov, Kamil Məmmədov, Əhməd Musayev, Həbibə Musayeva canlandırıblar.

“Sonrakı peşmanlıq” tamaşasında insan münasibətləri, verilən yanlış qərarların doğurduğu ağır nəticələr və zamanında qiymətləndirilməyən dəyərlərin sonradan yaratdığı peşmanlıq hissi ön plana çıxarılır. Səhnə əsəri tamaşaçını həyat seçimləri, məsuliyyət və mənəvi dəyərlər üzərində düşünməyə sövq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə