...Amerikalı aktyor Cim Kerri "Qrinç Miladı necə oğurladı" filminin davamında Qrinç rolunu yenidən canlandıra bilər.
SİA xəbər verir ki, The Hollywood Reporter-in məlumatına görə, Universal Pictures və Imagine Entertainment bu rolu yenidən canlandırmaq üçün danışıqlar aparırlar.
Nəşrin məlumatına görə, orijinal filmin rejissoru Ron Hovard da davam filmi üzərində işə qayıda bilər.
O, filmin rejissorluğunu və prodüserliyini Brayan Qreyzerlə birlikdə edəcək.
Son filmin ssenarisini əvvəllər Dr. Seussun əsərlərinin adaptasiyaları üzərində işləmiş Alek Berq, Ceff Şaffer və Devid Mandel yazır.
…Qeyd edək ki, "Qrinç Miladı necə oğurladı" 2000-ci ildə nümayiş etdirilib və ABŞ-da ilin ən çox gəlir gətirən filmi olub, ölkə daxilində 260 milyon dollar, dünya üzrə isə 345 milyon dollar gəlir əldə edib.
Film "Ən yaxşı Qrim" nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
Nielsen analitik şirkətinin məlumatına görə, film yayım xidmətlərində ən populyar Milad filmlərindən biri olaraq qalır. 2025-ci ilin sonunda bayram izləmə sayına görə yalnız "Evdə tək"dən sonra ikinci yerdə idi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB