Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Türkiyədə səfərdə olub

Naxçıvan Dövlət Filarmoniyasının kollektivi Türkiyədə səfərdə olub

Naxçıvan Dövlət Filarmoniyasının kollektivinin Van şəhərində konsert proqramı keçirilib. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs qrupu və solistləri Türkiyənin Van şəhərində Azərbaycan Dərnəyinin açılış mərasimində geniş konsert proqramı ilə çıxış ediblər.

Konsert Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs qrupunun baletmeysteri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Tamerlan Bağırovun rəhbərliyi ilə keçirilib.

Belə ki, solistlərdən Bəhruz Quliyev , Əfsanə Babayeva və rəqs qrupunun ifasında "Salam gətirmişəm", "İncəlik", "Azərbaycan", "Naz eləmə", Sarı gəlin, "Ey Vətən" və digər musiqi və rəqs nömrələri təqdim olunub. Təqdim olunan nömrələr tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə